Geriyə sürən sürücünün görüntüləri qalmaqal yaratdı: Polis hərəkətə keçdi - VİDEO

10:29 - 9 Aprel 2021 - HADİSƏ

Sosial şəbəkələrdə Bakının Binəqədi rayonu ərazisində axşam saatlarında kobud qayda pozuntusu ilə bağlı görüntülər yayılıb.

Videonun Biləcəri qəsəbəsində çəkildiyi bildirilib.

Videodan da göründüyü kimi axşam saatlarında minik maşını yolun ortasında arxaya hərəkət edib və digər sürücülərə təhlükəli şərait yaradıb.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, istənilən halda sosial şəbəkələrdə yayımlanan video görüntülər, məlumatlar və foto görüntülər araşdırılır.

Araşdırmalardan sonra əgər həqiqətən də həmin əməldə qayda pozuntusu qeydə alınarsa, dərhal qayda pozuntusuna yol verən şəxsin kimliyi müəyyənləşdirilir və protokol tərtib edilir.

Xəbər xətti