Gəncədə 54 yaşlı kişi özünü binanın 5-ci mərtəbəsindən atıb - Foto

21:31 - 8 Aprel 2021 - HADİSƏ

Gəncədə intihar hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1967-ci il təvəllüdlü Qurbanov Alim Razim oğlu özünü yaşadığı binandan ataraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti