İƏT-in Baş katibinə “Dostluq” ordeni təqdim edilib

19:24 - 8 Aprel 2021 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təşkilatın Baş katibi Yusif bin Əhməd əl Osaymini “Dostluq” ordeni ilə təltif edib.

 Prezident İlham Əliyev aprelin 8-də Yusif bin Əhməd əl Osaymini qəbul edərkən ordeni ona təqdim edib.

 

Xəbər xətti