Səhiyyə Nazirliyi bu aptekləri cərimələdi

16:44 - 8 Aprel 2021 - HADİSƏ

"Zeytun Pharmaceuticals", "Buta Farm" və "Vita Aptekləri" MMC-yə cərimə yazılıb.

“Report”un əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi hər üç aptekə İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edib.

Protokollara Xəzər Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətaya görə, vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Xəbər xətti