Bakıda iki azyaşlı bacı zorlanıb

Bakıda iki azyaşlı bacı zorlanıb.

“Report”un əldə etdiyi məlumata görə, 2019-cu ildə Xəzər rayonunda baş verən hadisənin üstü 2021-ci ildə açılıb.

Məlumata görə, 2019-cu ilin iyun ayında 45 yaşlı Ş.Quliyev və 29 yaşlı R.Məmmədov 2006 və 2007-ci il təvəllüdlü iki bacını zorlayıb.

Qızların anası hadisədən iki il ötəndən sonra hüquq-mühafizə orqanlarına müracət edib.

Fakt araşdırılıb və hadisə ilə bağlı Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Xəzər rayon sakinləri olan Ş.Quliyev və R.Məmmədov tutulub.

Qeyd edək ki, zorlanan yeniyetmələrin valideynləri bir neçə il əvvəl boşanıb.

Tarix
8 Aprel 2021 [12:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-08 12:10:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin