Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan ölüb

Qax rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.

Bu, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayevadır.

Qeyd edək ki, 84 yaşlı məktəb direktoru bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıdakı xəstəxanalardan birində müalicə olunurdu.

Ş.Abdullayeva 1959-cu ildən pedaqoji fəaliyyətinə başlayıb, işlədiyi müddət ərzində 69-a qədər diplom və fəxri fərmanlarla təltif olunub. O, 1979-cu ildən ömrünün sonuna qədər rayonun ən böyük məktəbinə rəhbərlik edib. Ş.Abdullayeva 2005-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

///report
Tarix
7 Aprel 2021 [18:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-07 18:35:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin