Bir ay əvvəl itkin düşən 16 yaşlı yeniyetmənin meyiti tapıldı

13:22 - 7 Aprel 2021 - HADİSƏ

Mingəçevirdə Kür çayında meyit tapılıb.

APA-nın xəbərinə görə, meyit 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğluna məxsusdur.
Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

R.Abbasovun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M.Ə.Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi götürməyib.

Xəbər xətti