“İsgəndər” raketlərinin buraxılışı üçün Putin razılıq verməliydi... - Hərbi ekspert

12:53 - 7 Aprel 2021 - HADİSƏ

“İsgəndər” raketlərinin hazırda heç bir ixrac versiyası yoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

“Deyəsən, “İsgəndər”in eksport versiyasını Əlcəzair üçün hazırlayıblar, amma bunu başqa heç kim üçün istehsal etməyiblər. Mən Ermənistan üçün eksport variantının hazırlanmadığına, ona ənənəvi olan versiyanın verildiyinə şübhələrim var idi.

Bunun haqqında danışmırdılar, amma onun eksport versiyası olmasını da təsdiq etmirdilər. Ermənistana bir neçə sayda raket göndərmək eksport məhsulun buraxılışını təşkil etməkdən daha asan idi”, - deyə o bildirib.

Felgenhauer “İsgəndər”in əvvəlcədən ixraca göndərilməyinin planlaşdırıldığını, ona görə də buna “İsgəndər” adının verildiyini söyləyib:

“Düşünürdülər ki, bu, yaxşı marketinq gedişi olacaq. Lakin “İsgəndər”lərlə ixracat o qədər də yaxşı alınmadı və onu Toçka-U-nu əvəz etmək üçün Rusiya raket briqadalarına kütləvi şəkildə istehsal etməyə başladılar”.

Hərbi ekspert İsgəndər-M-in Ermənistana verilməsi ilə Rusiyanın beynəlxalq öhdəliklərinin pozulduğunu bildirib. Bununla belə o, İsgəndər-M-lərin Şuşaya Gümrüdən atılmasının az inandırıcı olduğunu deyib:

“Ermənistan ərazisindən nəzəri olaraq atəş açmaq olardı. Burada həm Gümrü, həm də İrəvanda birgə hissələr var. Raketlər səyyardır, hara istəsən, oraya gedər. Bunun Rusiyaya niyə lazım olduğu aydın deyil.

“İsgəndər”in yaxşı hədəf alması üçün ərazinin detallı görüntüsü lazımdır ki, partlayış nöqtəsini seçəsən. Bunun üçün Rusiya kəşfiyyat təyyarələri uçmalıydı, amma təyyarələr Şuşada yox kimiydi. Bundan başqa, bu halda Putinin özü bu buraxılışa razılıq verməliydi və onun şəxsən izn verdiyi də az inandırıcıdır.

Buna Rusiyanın Ermənistandakı qruplaşmasının rəisi öz səlahiyyətləri ilə izn verə bilməzdi. Minimum belə buraxılışa Cənub Hərbi Dairəsinin rəhbəri Moskva ilə məsləhətləşdikdən sonra izn verə bilərdi”.///axar.az

Xəbər xətti