“Facebook” istifadəçiləri ŞOKDA: Yarım milyarddan çox şəxsi məlumatlar yayıldı

23:24 - 3 Aprel 2021 - DİGƏR

“Facebook” sosial şəbəkəsinin 533 milyondan çox istifadəçisinin şəxsi məlumatları haker forumunda yerləşdirilib.

“Report”un məlumatına görə, bu barədə “Business Insider” nəşri bildirib.
Qeyd olunub ki, forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə 106 ölkədən olan istifadəçilərin tam adları, yeri, doğum tarixi, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları forumda yayılıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məlumatlar kiber cinayətkarlar üçün dəyərli ola bilər.

Xəbər xətti