“Avroviziya”da tamaşaçıların iştirakına icazə verilib

Niderland hökuməti gələn ay Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsində tamaşaçıların iştirakına icazə verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə mahnı müsabiqəsinin saytında bildirilib.

Niderland Yayım Korporasiyası (NOS) isə pandemiya şəraitində kütləvi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi prosesini öyrənmək məqsədilə hökumətin bu qərarı verdiyini açıqlayıb.

Altı məşq, iki yarımfinal və finaldan ibarət doqquz şounun hər birində eyni vaxtda 3,5 min nəfər tamaşaçı iştirak edə biləcək. Lakin zala daxil olmaq üçün tamaşaçılardan COVID-19 testinin neqativ cavabı tələb olunacaq.

Lakin “Avroviziya” başlayana qədər ölkədə koronovirusla bağlı vəziyyətin normallaşmayacağı təqdirdə qərarın qüvvədən düşməsi də istisna edilmir. 

Bundan başqa, səfərlərlə bağlı tətbiq edilən məhdudiyyətlərə görə hələ ki, yalnız niderlandlı tamaşaçılara üstünlük veriləcək. 

Qeyd edək ki, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən ləğv edilən “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi bu il 18-22 may tarixlərində Rotterdam şəhərinin “Ahoy” arenasında baş tutacaq. 

Xatırladaq ki, “Avroviziya-2021” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı müğənni Əfəndi təmsil edəcək.

Tarix
1 Aprel 2021 [15:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-01 15:19:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin