Azərbaycanlı model ərəb iş adamı ilə ailə qurur - Foto

Azərbaycanlı model Samirə Ağayeva ərəb biznesmenlə nişanlanıb. 

Baku.ws xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan" məlumat yayıb. Bildirilir ki, Samirə Ağayeva bu xoş xəbəri Instagram səhifəsində izləyiciləri ilə bölüşüb. Bu cütlüyü onların ortaq dostları tanış edib.

Ağayevanın sözlərinə görə, tanışlığın birinci günündə onlar dalaşıblar. Ancaq qısa zaman ərzində onların münasibəti uğurlu olub və tezliklə toyları olacaq.
Model hazırda işləmir və ticarət layihələrində iştirak etmir. Evləndikdən sonra Samirə şəxsi biznes qurmağı və gözəllik, dəb sahəsində işləməyi planlaşdırır.

Samirə Ağayeva reklam çarxlarında və foto layihələrdə çəkilir. Model Dubayda yaşayır və orada dünya markalarıyla əməkdaşlıq edir. Samirə "Best Fashion Model-2017", "Miss Europe-2018" və "Miss Elegant-2018" kimi titulların sahibidir.

Tarix
30 Mart 2021 [14:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-30 14:19:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin