Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var

09:40 - 30 Mart 2021 - HADİSƏ

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Şamil Musayev və daha 1 nəfər (şəxsiyyəti müəyyənləşdirilir-red) xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.///report

Xəbər xətti