Tanınmış kinoşünasın yeni kitabı işıq üzü görüb

Tanınmış kinoşünas, jurnalist, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb.

“Azərbaycan kino salnaməsi “ ( iki cilldə ) kitabının elmi redaktoru Əməkdar İncəsənət xadimi Cəmil Quliyevdir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Ucnoqta.az-a bildirir ki, “ Azərbaycan kino salnaməsi “ ikicildliyi 1898 – 2018 –ci illərdə ölkəmizdə , C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və digər studiyalarda , kino şirkətlərində, televiziya kanallarında istehsal olunmuş bütün növlərdən olan filimlərin filmoqrafiyasını əhatə edir.

Mövcud “Azərbaycan kino salnaməsi” nin 1–ci cildinə 1898 -2018 –ci illərdə yaradılmış tammetrajlı və qısametrajlı bədii, televiziya bədii, animasiya filmləri və “ Mozalan “ satirik kinojurnalının bədii süjetləri daxil edilmişdir.

Nəşrdə eyni zamanda “ Bədii və animasiya filmlərinin əlifba göstəricisi “ və “Kinorejissorların adlar göstəricisi “ də verilmişdir. Kinosalnamə kino mütəxəsislərinin mədəniyyət, incəsənət, televiziya və dövri mətbuat işçilərinin, kino həvəskarlarının, eləcə də geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Kinosalnamədə müəllifin və müxtəlif illərdə kino sahəsində çalışan insanların şəxsi arxivlərində qorunsun, C.Cabbarlı adına “ Azərbaycanfilm” kinostudiyasının fotosexində, həmçinin Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərdən istifadə olunmuşdur.

Tarix
29 Mart 2021 [15:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-29 15:19:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin