Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var - Foto

15:39 - 24 Mart 2021 - HADİSƏ

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Babək prospektində qeydə alınıb.
Belə ki, KIA markalı avtomobil “VAZ-2106” markalı maşınla toqquşub. Nəticədə “VAZ-2106” markalı maşının sürücüsü və sərnişini yüngül xəsarət alıb.

Fakt bağlı araşdırma aparılır.


Xəbər xətti