Salyanda zəncirvari qəza, bir nəfər öldü

21:10 - 23 Mart 2021 - HADİSƏ

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayonun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Pikap” tipli avtomobil əvvəlcə “Azsamand”la, sonra isə digər avtomobillə toqquşub.

Zəncirvari qəza nəticəsində Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Əsədov Yunsur İnsaf oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti