Ağstafada 5 nəfər dəm qazından zəhərlənib

09:20 - 21 Mart 2021 - HADİSƏ

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində baş verib.

Biri azyaşlı olmaqla, bir ailənin 4 üzvü - 1967-ci il təvəllüdlü Məmmədova İradə Paşa   qızı, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad   İbrahim  oğlu, 1984-cü il təvəllüdlü Məhərrəmova İlhamə Məhər qızı  və 1989-cu il təvəllüdlü  Məmmədov Emil İbrahim oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Evdə olan azyaşlı - 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Rəşad oğlunda isə yüngül zəhərlənmənin elementləri olub.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bidirilir.

Xəbər xətti