Türkiyədə pendir fabrikində partlayış olub - yaralananlar var

15:24 - 19 Mart 2021 - HADİSƏ

Türkiyənin Ədirnə şəhərinin Keşan rayonunda pendir fabrikində ammonyak tankerinin partlaması nəticəsində 50 fəhlə yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, partlayışa qaz sizması səbəb olub.

Məlumata görə, tankerdən sızan qaz qısa müddətdə fabrikə yayılıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alan fəhlələrin durumunun ağır olmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 


Xəbər xətti