İstanbulda yaşayış binasında güclü partlayış baş verib - ANBAAN VİDEO

13:11 - 16 Mart 2021 - HADİSƏ

İstanbulun Qaziosmanpaşa rayonunda dördmərtəbəli binanın birinci mərtəbəsində güclü partlayış baş verib.

Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin ağır yaralandığı qeyd olunur.

Xəbər xətti