Abşeronda evdən oğurluq edildi

12:31 - 16 Mart 2021 - HADİSƏ

Abşeronda evdən oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də rayon ərazisindəki evlərin birindən 3 650 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədov saxlanılıb.

Xəbər xətti