Ağstafada 25 yaşlı gənc intihara cəhd edib

08:56 - 16 Mart 2021 - HADİSƏ

Ağstafa rayonunda yerli sakin intihar etmək istəyib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Xəlfəli kəndində qeydə alınıb. İyirmi beş yaşlı Nadir Məmmədov özünü asaraq intihar etmək istəyib. Lakin yaxınları onu xilas edərək xəstəxanaya aparıblar.

Onun hansı səbəbdən intihara cəhd etməsi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti