Göyçayda su kanalından kişi meyiti tapılıb

20:36 - 15 Mart 2021 - HADİSƏ

Göyçay rayonunda itkin düşən şəxsin meyiti su kanalından tapılıb.

Göyçayın Ləkçıplaq kənd sakini, 1969-cu il təvəllüdlü Əhmədov Coşqun Əhməd oğlu martın 12-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Qonşular bu gün onun meyitini yaşadığı evin yaxınlığındakı qrunt sularının axıdıldığı drenaj kanalından tapıblar.

Məlumata görə, həyat yoldaşından ayrılan, spirtli içki və narkotik aludəçisi olan, tüfeyli həyat sürən Coşqun Əhmədov martın 12-də sərxoş vəziyyətdə kanalın üstündəki piyada körpüsündən keçərkən palçıqda ayağı sürüşərək suya düşüb. O, köməksiz vəziyyətdə qaldığı üçün boğularaq ölüb.

Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.///Apa

Xəbər xətti