Bakıda avtomobil 20 yaşlı qızı vuraraq hadisə yerindən qaçdı

23:58 - 14 Mart 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Odlar Yurdu Universitetinin qarşısında yolu keçən 2001-ci il təvəllüdlü Əliyeva Sumrun Ramiz qızını avtomobil vurub. Ağır xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı-kəllə beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Qeyd edək ki, sürücü hadisə yerindən qaçıb.
Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti