Ağstafada qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olunub

18:37 - 14 Mart 2021 - HADİSƏ

Ağstafada qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Sadıqlı kənd sakini Qara Süleymanovdan 1 ədəd,”ZK” modelli, 24 kalibirli tək lüləli ov tüfəngi, rayonun Ağsöl kənd sakini “İJ” markalı, 20 kalibirli, tək lüləli ov tüfəngi, Göygöl rayon sakini Hüseynəli Musayevdən “İJ” markalı,16 kalibirli, tək lüləli ov tüfəngi, Muğanlı kənd sakini Alıxan Bayramovdan 1 ədəd “İJ” markalı, 28 kalibirli, tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, davam etdirilən tədbirlər nəticəsində rayonun Sadıqlı kəndi ərazisində 1 ədəd, sahibsiz “TOZ” markalı, 16 kalibirli, qoşa lüləli ov tüfəngi aşkar edilib.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər xətti