Şirvanda küləkli hava fəsadlar törədib - Foto

15:29 - 12 Mart 2021 - HADİSƏ

Şirvanda küləkli hava bir sıra fəsadlar törədib.

APA-nın məlumatına görə, Şirvanda yağışlı və küləkli hava şəraiti ağacların aşmasına səbəb olub. Dəmir yolu keçidinin yaxınlığında iri gövdəli ağac “Hyundai” markalı avtomobilin üzərinə aşıb. Hadisə yerinə Şirvan Yanğından Mühafizə Xidmətinin əməkdaşları çəlb olunub. Xüsusi avadanlığın köməyi ilə  ağac qaldırılıb və avtomobil ağacın altından çıxarılıb.

Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Bir müddət yolda tıxac yaranıb.

 


Xəbər xətti