"Sözün nizamı" festivalı başa çatıb - Foto

11:46 - 12 Mart 2021 - Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrının “Nizami ili”nə həsr etdiyi “SÖZÜN NİZAMI” festivalı başa çatıb.

Bu barədə Ucnoqta.az-a Teatrın mətbuat xidmətindən bildirilib.
 2021-ci il fevral-mart aylarında keçirilmiş bu festival Bakı Uşaq və Gənclər Teatrının sayca V festivalıdır. Teatrın “Bir teatr, bir festival” layihəsi çərçivəsində pandemiya qaydalarına riayət etməklə keçirdiyi festivalda teatrın bütün aktyorları iştirak edib.

Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında 23 videoçarx tamaşaçılara təqdim olunub. Onlayn şəkildə keçən festivalda tamaşaçıların səsverməsinə əsasən I, II və III yerlərin qalibi müəyyən olunub.

Uğurla həyata keçirilən festival Milli Teatr Günündə yekunlaşıb. Qaliblər Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən diplomlarla təltif olunublar
I yer - "Sənsiz"əm "Gəl" kompozisiyası ilə - Gülər Ləzgiyeva və Ədalət Ağaverdiyev
ll yer - "Bu gecə yatmaq nədir" qəzəli ilə Rauf Hüseynli
lll yer - "Qoy sənə söyləsin" qəzəli ilə Türkan Şahmarlı.


Xəbər xətti