Abşeronda avtomobil piyadanı vuraraq öldürüb     
                    
                     
                    
                        
                                         
             
            21:28  -  7 Mart   2021 -  HADİSƏ
                    
                    
                                                                  
                                                  
                            
                            Abşeron rayonunun Saray yolunda ağır yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray-Novxanı şossesində baş verib.
Belə ki, 50-AA-222 dövlət nömrə nişanlı “NİVA” markalı avtomobili idarə edən 1980-ci il təvəllüdlü Maqsudov Maqsud Rəhim oğlu hərəkətdə olarkən qəfil qarşısına piyada çıxıb. Avtomobilin vurması nəticəsində 2001-ci il təvəllüdlü Şabanlı Yusif Hətəm oğlu hadisə yerində ölüb. 
Meyit aidiyyəti üzrə təhvil verilib. Sürücü Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.