Türkiyədən gətirilən 24 ton sümüksüz dondurulmuş hind quşu məhsulu məhv edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Ucnoqta.az-a bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri zamanı “LADESS GROUP” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal edilən “Alpin” əmtəə nişanlı sümüksüz dondurulmuş hind quşu məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib.
Agentlik tərəfindən istehlak üçün yararsız məhsulun məhv edilməsi barədə qərar qəbul edilib.

Ümumi çəkisi 23.760 kq olan sümüksüz dondurulmuş hind quşu məhsulu partiyası Agentliyinin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər Təmizlik Departamentinin Zərərsizləşdirmə Poliqonunda məhv edilib.

Tarix
6 Mart 2021 [17:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-06 17:28:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin