İdarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb

13:07 - 4 Mart 2021 - Xəbər

Ağdamın Novruzlu kəndində Mexaniki Suvarmalar Sistemi İdarəsinin rəisi Hafiz Əzimzadənin minaya düşdüyü ərazidə əlavə olaraq 3 ədəd Ermənistan istehsalı olan PMN - piyada əleyhine mina aşkarlanıb.

Bunu Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin supervayzeri Xaliq Zülfüqarov deyib.
Onun sözlərinə görə, bundan başqa, rayon ərazisinə baxış keçirilən zaman 39 ədəd PMN mina aşkarlanıb. Həmçinin, 8 ədəd TM-62 P2 mina aşkarlanaraq zərərsizləşdirilib.

Agentliyin əməkdaşları hazırda təcili təxirəsalınmaz işlərini davam etdirir. Ağdam rayon ərazisində aşkar olunmuş 100-ə yaxın TM62 P2 tank əleyhinə mina partlayış işləri aparılır.

Agentlik insanların işğaldan azad olunmuş ərazilərə keçməməsini xahiş edir, ərazinin son dərəcə təhlükəli olduğu bildirilir.

Xəbər xətti