Gəncədə qadın əri tərəfindən bıçaqlanıb

08:45 - 4 Mart 2021 - HADİSƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əsgərova Həcər Hüseyn qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti