"Bakcell Arena"da işıqlar söndü, oyun yarımçıq dayandırıldı

18:56 - 3 Mart 2021 - Xəbər

Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" - "Sabah" matçında xoşagəlməz hadisə baş verib.

Oyunun keçirildiyi "Bakcell Arena"da işıqlar sönüb.

Projektorlardakı problem səbəbindən qarşılaşma 28-ci dəqiqədə dayandırılıb.

Qeyd edək ki, hazırda ilk hissə oynanılır və hesab açılmayıb./report

Xəbər xətti