Balakəndə 2 otaqlı ev yanıb

20:02 - 1 Mart 2021 - HADİSƏ

Balakən rayonunda ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən Avtosfer.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti