Gürcüstanda azərbaycanlıları təhqir edən erməni tibb işçisi cəzalandırıldı - VİDEO

18:19 - 24 Fevral 2021 - Xəbər

Bir neçə gündür ki, Gürcüstanda Jozef Kaşanyan tərəfindən sosial şəbəkələrdə azərbaycanlıların böyük narahatlığına və narazılığına səbəb olan video yayılıb.

Belə ki, erməni tibb işçisi paylaşdığı videoda azərbaycanlıları təhqir edir.
Baku TV-nin Gürcüstan bürosu məsələnin araşdırıb.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze bildirib ki, klinikaya gələn xəstələrə, eləcə də hər hansı bir insana qarşı hörmətsizlik edilməsi onlar tərəfindən qəbuledilməzdir: “Əməkdaşımızın paylaşdığı videodan xəbər tutan kimi dərhal onu sildirdik. Ötən gün həmin şəxs rəhbərlik tərəfindən ciddi töhmət alıb. Nizam-intizam komitəmiz tərəfindən barəsində qərarın verilməsi ilə bağlı müzakirələrimiz davam edir. Bizim üçün xəstəxana olaraq milliyətindən, dinindən, irqindən asılı olmayaraq önəmli olan tək şey bizə müraciət edənlərin sağlamlığıdır”.

Xəbər xətti