Gürcüstan Azərbaycanla sərhədlərini bu tarixdən açacaq

18:11 - 24 Fevral 2021 - Xəbər

Gürcüstan 1 mart tarixindən etibarən Azərbaycan və bir sıra digər ölkələrin vətəndaşları üçün sərhədlərini açacaq.

Baku.ws Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, qonşu ölkəyə gedə bilmək üçün COVİD-19 testi vermək mütləqdir.

Son 72 saat ərzində verilmiş COVİD 19 testi ilə Gürcüstana daxil olmağa icazə veriləcək. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, söhbət Gürcüstan hava sərhədindən gedir.

Əcnəbilər üçün quru sərhədləri əvvəlki kimi bağlı olaraq qalacaq.

Xəbər xətti