Bu il Ceyhan limanından 31 milyon barelə yaxın neft nəql edilib

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 30,8 milyon barel xam neft nəql edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 42 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Ümumilikdə İndiyə qədər limandan 3 602 milyon barel xam neft 4 701 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftiniilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.

Tarix
24 Fevral 2021 [13:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-24 13:54:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin