Qusar rayonunda evdə yanğın hadisəsi olub.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Hil kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tarix
22 Fevral 2021 [15:46]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin