Gəncədə evdə partlayış olub- xəsarət alan var

12:46 - 17 Fevral 2021 - HADİSƏ

Gəncədə yaşayış evində partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün şəhər ərazisindəki yaşayış evlərindən birində qeydə alınıb.

Evdə baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Nəticədə bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti