"VAZ” “Hyundai”la toqquşdu; 4 ölü, 3 yaralı - VİDEO

15:51 - 25 Yanvar 2021 - HADİSƏ

Rusiyanın Arxanqelsk əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə “Arxanqelsk – Severodvinsk” avtomagistralının 15-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, "VAZ-21093" markalı minik avtomobili hərəkətdə olarkən, sürücünün idarəetməsindən çıxaraq yolun əks istiqamətinə hərəkət edib və bu zaman qarşıdan gələn “Hyundai”la toqquşub. Zərbənin şiddətindən hər iki maşın deformasiyaya uğrayıb.

Qəza nəticəsində “VAZ”da olan 4 nəfər hadisə yerində dünyasını dəyişib, digər 1 sərnişin və “Hyundai”ın sürücüsü ilə onun 12 yaşlı qızı xəstəxanaya çatdırılıblar.

Faktla əlaqədar araşdrıma aparılır.

 

Namiq Musayev

 

 

Xəbər xətti