TANAP-la indiyədək 9 mlrd. kubmetrdən çox qaz nəql edilib

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə kəmər işə salınandan (2018-ci ilin iyun ayının 30-dan) indiyədək 9,1 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql edilib.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Onun sözlərinə görə, ötən il kəmər vasitəsilə 4,9 mlrd. kubmetr qaz Azərbaycandan Türkiyəyə nəql edilib.

TANAP-ın bu günə ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (6 mlrd.  kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd.  kubmetrədək artırıla bilər.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.  TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə ötən ilin dekabrın 31-də başlanılıb.

Tarix
21 Yanvar 2021 [18:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-21 18:31:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin