"Azərbaycanda COVID-19-a qarşı başlayan peyvəndləmə prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".
Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, peyvəndləmə prosesi ilkin mərhələdə tibb işçilərinə aparılacaq:
“Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, peyvəndləmə prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb”.
Tarix
20 Yanvar 2021 [10:38]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin