Mesut Özilin bu paylaşımı "Fənərbağça" azarkeşlərini həyəcanlandırıb- Foto

21:21 - 16 Yanvar 2021 - İDMAN

"Fənərbağça"nın paylaşımı azarkeşlərini xeyli həyəcanlandırıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmçilsini "tvitter" səhifəsində məşhur mahnının sözləri olan "gəl gündüzlə gecə olalım" paylaşımını edib. "Fənər" azarkeşləri bunu Mesut Özilin keçidinin rəsmiləşdiyinə işarə kimi qəbul edərək, yaxın saatlarda transferin rəsmən açıqlanacağını iddia edirlər.

Çox keçmədən Mesutdan cavab gəlib. Ulduz futbolçu paylaşıma sarı və göy ürək emojiləri qoymaqla keçidin həll olunduğuna işarə vurub.

Türkiyəli həmkarlarımız Mesutun "Fənər"lə bütün detallarda razılığa gəldiyini, sabah, ən pis halda bazar ertəsi klub prezidenti Ali Koçun şəxsi təyyarəsi ilə İstanbula təşrif buyuracağını yazır. 


Xəbər xətti