Bakıda “Lexus”la saxlanılan sürücü heroin alverçisi çıxdı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Manafov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin, idarə etdiyi “Lexus” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq heroin, 1 kiloqram 305 qram metamfetamin, yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsindəki evə baxış zamanı isə 3 kiloqrama yaxın heroin və 768 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.

Tarix
13 Yanvar 2021 [15:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-13 15:59:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin