"Beşiktaş"ın prezidenti ikinci dəfə koronavirusa yoluxdu

17:17 - 30 Dekabr 2020 - İDMAN

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebidə növbəti dəfə koronavirus aşkarlanıb.

"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, funksioner ikinci dəfə infeksiyaya yoluxub.

Xəstəxanaya yerləşdirilən klub prezidentinin 1 həftə orada müalicə alacağı bildirilib.

Qeyd edək ki, Ahmet Nur Çebi bu ilin mayında da koronavirusa yoluxmuşdu.

Xəbər xətti