“Mercedes-Benz” 7003 ədəd GLE krossoverini geri çağırır – Təhlükəsizlik kəməri səbəbindən

13:50 - 19 Dekabr 2020 - AVTO

“Mercedes-Benz” şirkəti Rusiyadan 7003 ədəd avtomobili geri çağırmağa qərar verib. Ucnoqta.az xəbər verir ki, çağırışa 2018 - 2020-ci illər ərzində satılmış GLE krossoverlərinə şamil edilir. Bu barədə “Rosstandart” məlumat yayıb.

Məlumata görə, buna səbəb təhlükəsizlik kəmərində yaranan problemdir.

Bildirilir ki, təhlükəsizlik kəmərinin ikiqat kilidə bağlanması zamanı tokanın əyilərək oturacaq yastığının altına basıla bilər.

Qeyd edilir ki, çağırışa düşən bütün maşınlarda sözügedən nasazlıq yoxlanılacaq və zərurət yaranarsa servis tərəfindən pulsuz təmir ediləcək.  

 

Namiq Musayev

Xəbər xətti