Biləsuvarda traktorla minik avtomobili toqquşub- ölən və yaralanan var

13:18 - 3 Dekabr 2020 - HADİSƏ

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 2-də saat 15 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində rayon sakini C.Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorla Ağayrı kənd sakini Bəxtiyar Baxşıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil toqquşub.

Nəticədə B.Baxşıyev və 3 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Sürücü orada ölüb, sərnişinlərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti