Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Cəlilabad şəhəri Mərkəzi Bazar yaxınlığında qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər - rayonun Ləkin kənd sakini, 1956-cı il təvəllüdlü Əliyev Kamal Vəlixan oğlu yaralanıb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və lazımi tibbi yardım alıb.
Faktla bağlı araşdırma aparılır.
Tarix
26 Noyabr 2020 [09:40]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin