Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda 64 yaşlı kişi yol qəzasında xəsarət alıb

09:40 - 26 Noyabr 2020 tarixində dərc olunub.

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un  məlumatına görə, hadisə Cəlilabad şəhəri Mərkəzi Bazar yaxınlığında qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər - rayonun Ləkin kənd sakini, 1956-cı il təvəllüdlü Əliyev Kamal Vəlixan oğlu yaralanıb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib və lazımi tibbi yardım alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: