Goranboyda baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb

20:51 - 22 Noyabr 2020 - HADİSƏ

Goranboy rayonunda yol qəzası baş verib.

Hadisə Goranboy-Zeyvə yolunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Zeyvə kənd sakini Rzayev Şahlar Şahmar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ətrafdakıların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti