Canlı yayım zamanı körpü çökdü; çəkiliş qrupu və reportyor son anda xilas oldu - VİDEO

09:13 - 13 Noyabr 2020 - HADİSƏ

ABŞ-ın Şimali Karolina ştatında jurnalist canlı yayım apardığı zaman körpü çöküb. Ucnoqta.az xəbər verir ki, hadisə Aleksander dairəsində qeydə alınıb. Bu barədə Wate.com məlumat yayıb.

Saytın məlumatına görə, telekanallardan birinin reportyoru Ember Roberts, qeyri-hava şəraiti ilə əlaqədar və bir neçə gündür yağan şiddətli yağışlar nəticəsində çayda suyun qalxmasından danışarkən Hiddenit körpüsü çöküb.

Bildirilir ki, çəkiliş qrupu və jurnalist hadisə zamanı körpünü tərk edə biliblər.

 

Namiq Musayev

 

Xəbər xətti