Paytaxtda Şərur rayon sakinini qətlə yetirilib

13:06 - 11 Noyabr 2020 - HADİSƏ

Paytaxtda Şərur rayon sakinini öldürməkdə şübhəli bilinən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 10-da Nərimanov rayonu Ə.Qayıbov küçəsindən Şərur rayon sakini Əli Zeynalovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və hadisənin münaqişə zəminində törədilməsi müəyyən edilib.

 

Namiq Musayev

Xəbər xətti