Ağstafada 11 yaşlı uşaq avtomobillə azyaşlını vuraraq öldürüb

12:49 - 11 Noyabr 2020 - HADİSƏ

Ağstafada azyaşlını avtomobil vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 10-da saat 18 radələrində rayonunun Zəlimxan kənd sakini 11 yaşlı A.Alızadə evlərinin qarşısında atasına məxsus “VAZ-2106” markalı avtomobili arxaya idarə edərkən həmkəndlisi, 8 yaşlı Hüseyn Abadovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti